“Lidiya kralı Krez Azərbaycanda “

Tarixin ən dəyərli bəlgələri daşlardır, üzərində yazısı olan daşlar, başqa nəsnələr üzərindəki bəlgələrdən fərqli olaraq, ya­zı­lı daşların ömürü daha uzun olur. Qayalar üzə­rində çizilən işarələr günümüzə qədər hələ yazının meydana çıx­ma­dığı dönəmlərdən qalmışdır. Bunun örnəyini yaşı minilləri ötən Gəmiqaya və Qobustan qaya rəsmlərində görmək olur. Bu baxımdan, üzə­rində yazısı olan hər bir daşın tapılması tarixin yeni səhifə­sinin açılmasına səbəb olur. Belə daşların Azərbaycanda tapılması, özəl­liklə Miladdan öncəki yüzillərin ovqatını yansıtması baxı­mın­dan daha çox önəm daşıyır, çünki Azərbaycan tarixinin ən qaranlıq və mübahisəli məsələləri həmin dönəmlərə aiddir.

Yusif Bağırzadənin illərlə toplayıb yığdığı tarixi nəsnələr sırasında Antik çağa aid bir neçə yazılı daş da vardır. Burada Yusif bəyin kolleksi­yasında toplanmış qədim möhürlər, kiçik insan və hey­van fiqurları haq­qında deyil, yalnız bir neçə yazılı daşdan söh­bət açmaq istəyirik. Məqsəd isə bu daşlardakı təsvir və yazılar üzərində elmi araşdırma aparmaq deyil, burada onların yalnız görüntülərini verib uzmanlara tanıtmaqdır, oxucu­lara isə sadəcə, ya­­zılı daşların hazır­lan­dığı dövrə baxmaq üçün o cağlarda baş verən olaylarda birbaşa iştirak etmiş türk boy­ları (man, mad, saqa, qamər) və lidiyalılar haqqında ümumi məlumatlar verməkdir. Ona görə də, daş üzərindəki yazıda adı keçən Lidiya kralı Krez, Pers şahı Kuruş və onlarla ilgili yunan filosofu Solon, türk elbəyimi Tomiris (Tumruz), tarixi olaylar, qurulan və dağılan dövlətlər haqqındakı tarixi bəlgələrdən bəhs edilir.

İlk dəfə çap olunan buradakı yazılı daşlar üzərində araşdırma yapa­caq uzmanlara başarı diləyir, alınacaq elmi nəticənin Azərbaycan tarixinə, özəlliklə, Saqa, Mada cağına və Selevkilər dönəmində yunan-türk əlaqə­lərinə bəlgə kimi daxil olacağını ümid edirik.

Kitabı BURADAN yükləyə bilərsiniz.

Categories: E-kitablar | Etiketler: , , , | Yorum bırakın

Yazı dolaşımı

Yorum bırakın

WordPress.com'da ücretsiz bir web sitesi ya da blog oluşturun.