“9 Bitik”in I, II, III cildləri

bitik

I Cild

II Cild

III Cild

 

 

Categories: E-kitablar | Etiketler: , , , | 2 Yorum

Prototürk dilinin yarandığı ilkin Atayurd

Prof. Dr. Feridun Ağasıoğlu (Celilov)

(Urmu teorisi) 
Prototürk dilinin hanki çağda dağılıb batı ve doğu kollara ayrıl­ması probleminin Türkolojide doğru yorumu yoktur. Bunun nedeni türk dili, glottogenezi, tarihi gramer ve tarihi dialektologiya sa­ha­sında ciddi araştırmanın olmaması, Türk dili ailesinin ve Prototürk dilinin hanki mekanda ve hanki çağda ya­ran­ması, özellikle hanki çağda dağılması hakkında söy­lenen fikir­lerin arkeoloji bel­ge­lere dayanma­masıdır. Bu nedenle Türklerin etno­ge­nezi haqqında Türkoloji ilminde çok farklı fikirler ortaya çıkmıştır. Türko­lojide derin kök salmış, lakin sübut olunmamış yanlış “Altay dil ailesi” teorisi ise türk etnogenezi ilmini çıkmaza sok­muştur.
 atayurd

Ayrı-ayrı dialektlerin kavuşması ile yaranan büyük dil aileleri, yani protodiller m.ö. IV binyılda iklim değişmeleri nedeni ile başlanan göçlerle çeşitşi kollara ayrılmış ve ayrı-ayrı çağlarda bu kollardan yeni dialekt­ler, diller türemiştir. Orta Avrupada yaranmış proto­hind­avrupa, Uralda yaranmış protofinuqor, Kuzey Kafkazda yaranmış protokafkaz, Arabistan yarımadasında yaranmış protosami ve başka dil ailelerinin geçtiği bu yol Türk dil ailesi için de geçerlidir. Böyle ki, Ön Asyada yaranmış prototürk dili m.ö. IV binyı­lın ortalarında batı ve doğu kollara ayrılmış, doğuya giden prototürk urugları Orta Asyadan İtil yakalarına ve Altaya kadar ayrı-ayrı bölgelerde ikinci Atayurdlar salmış­lar. Okumaya devam et

Categories: Məqalələr | Etiketler: , | 11 Yorum

“Milli təhsil konsepsiyası mütləq hazırlanmalıdır“

f3

Bu həftə prezident seçkiləri ilə yanaşı, ölkə sakinlərinin beynini ən çox məşğul edən məsələlərdən biri də gül balalarımızın qədəm basdığı məktəblərdə növbəti tədris ilinin başlanması oldu. Hər bir valideyn övladının orta məktəbdə, hazırlıq kursunda, yaxud ali məktəbdə necə təhsil alacağı, ona hansı müəllimin dərs keçəcəyi, onu kitab və ləvazimatlarla, geyim-kecimlə, cibxərcliyi ilə necə təmin edəcəyi barədə düşünür. Qarşıdan Müəllim Günü də gəlir… Bunları nəzərə alaraq “Dəyirman”ımıza ötən əsrin 90-cı illərinin əvvəlində müstəqil respublikamızın, demək olar ki, ilk islahatçı təhsil naziri olmuş türkoloq alim, Türk Dil Qurumunun üzvü, professor Firudin Cəlilovu dəvət etdik. Onunla “Təhsilimizin problemləri” mövzusunu üyütməyə cəhd etdik…

– Firudin müəllim, ilk dəfə nazir kimi fəaliyyətə başlayanda təhsil sahəsində rastlaşdığınız ən ziddiyyətli problem hansı olmuşdu?
– Dövlət üçün təhsil, demək olar ki, ən ağır sahədir. Çünki elə bir ailə yoxdur ki, onun təhsillə, məktəblə bağlılığı olmasın. Bu mənada biz də işə başlayanda çox problemlərlə rastlaşdıq. Təsəvvür edin, mən ilk dəfə nazir gələndə nazirliyin büdcəsində cəmi 300 dollar vəsait var idi. Buna görə də yaxın bir ölkəyə səfərə getmək üçün digər nazirliklərdən kömək istəyirdik. Ağır problemlərdən biri də ali və orta təhsil sahələrinin bir qurumda birləşdirilməsi idi. Biz bu məsələni çətinliklə də olsa, həll etdik. Qısa müddət ərzində xeyli islahatlar apardıq. Test üsulunun ilk dəfə tətbiqinə nail olduq. Xeyli dərslik çap etdirə bildik. Nəticədə 1992-ci ildə Dünya Bankının hesabatında Azərbaycan keçmiş sovet məkanında təhsil sahəsində ən çox inkişafa nail olmuş bir ölkə kimi qeyd edildi. Okumaya devam et

Categories: Müsahibələr | Yorum bırakın

PROFESSOR FİRUDİN CƏLİLOVLA MÜSAHİBƏ

FCC

1) Firudin müəllim, Sizcə, Türk xalqları hansı coğrafi yerdən dünyaya yayılıblar? Məsələn, Ergenekon haqda fikirlərinizi bilmək istərdik?

– Dünya xalqları qohum dillər baxımından bir neçə böyük dil ailələrinə daxildir, örnəyin, slav, german, hindiran dilli xalqlar Hindavropa dil ailəsinə, eston, fin, macar dilli xalqlar Finuqor dil ailəsinə aiddir. Bu baxımdan, xakas, tatar, özbək, azər, türk, saxa (yakut) və sair türkdilli xalqlar da Türk dil ailəsinə daxildir, ancaq bugünəcən yanlış olaraq türkləri monqol, tunqus-mancur xaqları ilə qohum xalq saymışlar və uydurma Altay dil ailəsinə aid etmişlər. Bunun nəticəsində türklərin də Altayda, Monqolustanda yaranması fikri irəli sürülmüşdür.

Ancaq bütün tarixi bəlgələr, o cümlədən arxeoloji, etnoqrafik, mifoloji, tarixi coğrafiya, folklor və dilçilik bəlgələri aydın göstərir ki, türk etnosu Ön Asiyanın Azərbaycan və Güney-Doğu Anadolu bölgələrində ortaya çıxıb. Qədim türklər fiziki görkəmcə, yəni antropoloji tipi ilə də monqoloid yox, Ön Asiya mənşəlidir. Məsələ burasındadır ki, prototürk boylarının böyük bir kəsimi m.ö. IV minildən başlayaraq, Avropaya və Orta Asiyaya, sonralar da oradan Altay fərəflərə köçmüşlər. Əslində, Orta Asiya, Altay türklərin ikinci Atayurdu sayılmalıdır, Azərbaycan isə birinci Atayurddur. Bizim irəli sürdüyümüz yeni Urmu teoriyasının türk tarixinə baxışı belədir. Okumaya devam et

Categories: Müsahibələr | Yorum bırakın

Bu qədər rus məktəbi Azərbaycana lazımdırmı?

33E57647-A8E6-4CD6-A69E-6C21F4AD42E2_w640_sBu qədər rus məktəbi Azərbaycana lazımdırmı? Dövlət dilinin Azərbaycan türkcəsi olduğu ölkədə on minlərlə azərbaycanlının rusca təhsil alması üçün dövlət büdcəsindən pul ayrılması düzgün sayıla bilərmi?

Azadlıq Radiosunun “Pen klub” proqramında rus məktəblərinin lehinə və əleyhinə olanların debatında iştirak etdilər: şair Sabir Rüstəmxanlı, keçmiş təhsil naziri Firudin Ağasıoğlu (Cəlilov), filosof Aydın Əlizadə, yazıçı Natiq Rəsulzadə, jurnalist Azər Həsrət.

Categories: Videolar | Yorum bırakın

Firudin Cəlilov 100 min manatlıq kitab hədiyyə edib FOTO

“Tanınmışlar Kitabxanası” layihəsinin bu dəfəki qonağı Türkoloq alim, Türk dil qurumunun həqiqi üzvü, keçmiş Təhsil Naziri Firudin Cəlilovdur. Dilçi və tarixçi alim ilə əvvəlcədən razılaşdığımız kimi yaşadığı mənzildə görüşürük.

Hal-əhval tutandan sonra kitablar olan otağa keçirik. Otağın dörd bir yanında şkaflar var. Keçmiş nazirin iş otağı başdan-başa kitabla əhatəlidir. Səliqə ilə yığılan kitabların çoxu elmi ədəbiyyata aiddir. Əksəriyyəti elmi-tarixi mövzuda olan kitabların arasında Firudin bəyin yazdığı və elmi məqalələrinin çap olunduğu kitablara tez-tez rast gəlirik”.

Dilçi alimdən evdəki kitabların çoxunun elmi ədəbiyat olmasının səbəbini soruşduq:

“Nə yalan deyim, 30 ildən çoxdur ki bədii ədəbiyyat oxumuram. Bədii-ədəbi janrda olan əsərlərim olur, ancaq çoxunu göz gəzdirdikdən sonra hədiyyə edirəm. Yazarlarımızın yeni kitabları çıxdıqca, mənə də hədiyyə edirlər. Ancaq romanla, hekayə ilə maraqlanan birisi deyiləm. Elmi araşdırma kitablarına üstünlük verirəm.”

Firudin Cəlilovla söhbət edərkən son vaxtlara qədər minlərlə kitablarını universitet və institutlara bağışladığını əvəzində isə sağol belə eşitmədiyini də öyrəndik: Okumaya devam et

Categories: Müsahibələr | Yorum bırakın

“O 42 nəfərin arasında Heydər Əliyev də var idi”- Müsahibə

O, gənclərin dostudur. Çox az ziyalılardandır ki, gənclər onun sözünü olduğu kimi, səmimi qəbul edir. O Azərbaycanın müstəqilliyinə səs verən istiqlalçı deputat, Elçibəy hökumətinin təhsil naziri və elm xadimidir. Tarix və Türk dili ilə bağlı söhbətinə doyum olmaz. Bu musahibəsində də, xeyli şeylər açıqladı. Elçibəy və Heydər Əliyevlə bağlı xatirəsini bölüşüb yayımlamamağımızı istədi. Biz də buna əməl etdik, ama çox şeylərə də aydınlıq gətirdi. Etatist.com-un istiqlalçı deputat, keçmiş təhsil naziri Firudin Cəlilovla müsahibənin ikinci hissəsini təqdim edir:

(Müsahibənin birinci hissəsi: http://etatist.com/xeber/7792-firudin-clilov-vzirovla-ndn-danb-msahib.html)

– Firidun bəy, hərəkata necə gəldiniz?

– Biz rəhmətlik Elçibəylə çox yaxın idik. Cavanlıqda milli məsələlərlə bağlı söhbətlər edirdik, türkçülüyü öyrənirdik. Hərəkata həbsdən əvvəl 1970-ci illərdə gəldim.
 
“Aramıza İsa bəy, Pənah Hüseyn, Sabir Rüstəmxanlı da qatıldı”
– Siz də o zaman Elçibəylə birlikdə təşkilatda idiniz? Okumaya devam et
Categories: Müsahibələr | Yorum bırakın

Firudin Cəlilov Vəzirovla nədən danışıb?

O, gənclərin dostudur. Çox az ziyalılardandır ki, gənclər onun sözünü olduğu kimi, səmimi qəbul edir. O Azərbaycanın müstəqilliyinə səs verən istiqlalçı deputat, Elçibəy hökumətinin təhsil naziri və elm xadimidir. Tarix və Türk dili ilə bağlı söhbətinə doyum olmaz. Bu musahibəsində də, xeyli şeylər açıqladı. Elçibəy və Heydər Əliyevlə bağlı xatirəsini bölüşüb yayımlamamağımızı istədi. Biz də buna əməl etdik, ama çox şeylərə də aydınlıq gətirdi. Etatist.com-un müsahibi istiqlalçı deputat, keçmiş Təhsil naziri Firudin Cəlilovdur.

“Əməyə daş karxanasında fəhləlikdən başlamışam”

– Mənim bildiyim qədərilə siz heç vaxt mətbuata gəncliyiniz haqda danışmamısınız. Maraqlıdır, Firudin Cəlilovun gəncliyi necə keçib?
– Mən Vedidə doğulmuşam. İrəvanın yanında yerləşən bir rayondur. Amma uşaqlığım burda (Bakıda – red.) keçib, məktəbi də burda bitirmişəm. Özü də uşaqlığım “dağlı məhəlləsində”, dağlıların arasında keçib. Şuluq gənclərlə bir yerdə olmuşuq. Əməyə daş karxanasında fəhləlikdən başlamışam. Universiteti bitirdikdən sonra universitetdə qalıb müəllimlik etmişəm – təxminən 1974-cü ildən 1994-cü ilə qədər. Sonra ordan çıxardılar, indi də oturub kitab yazıram. Dağlı məhəlləsində olduğum üçün dostlarımın çoxu dağlılardır. İndi də Xızıda oluram, yenə də onların arasında. Çox mərd, dostluğa sadiq və qeyrətli insanlardır. Sonra dənizdə işləmişəm, yol idarəsində işləmişəm. Okumaya devam et
Categories: Müsahibələr | 1 Yorum

Prof. Dr Feridun Ağasıoğlu Sansürsüz’de

Categories: Videolar | Yorum bırakın

“Daş baba” – Türkün daş yaddaşı

das baba

YÜKLƏ

Categories: E-kitablar | Etiketler: , | 2 Yorum

WordPress.com'da ücretsiz bir web sitesi ya da blog oluşturun.